Nigar Rəfibəylinin 100 illik yubileyi qeyd olunacaq

10 Oktyabr 2013 09:59 (UTC+04:00)

Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 100 illik yubileyi keçiriləcək.

AzNews.az xəbər verir ki, sözügedən tədbir oktyabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Tədbirdə N.Rəfibəylinin yaradıcılıq yolundan, onun ədəbiyyata bəxş etdiyi sənət incilərindən söz açılacaq və sənət adamlarının ifasında onun şeirlərinə bəstələnmiş musiqilər səsləndiriləcək.

Bahar
AzNews.az