Məzahir Pənahov İlham Əliyevi təbrik etdi

10 Oktyabr 2013 10:09 (UTC+04:00)
MSK sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

"Qafqazinfo" nun məlumatına görə,M. Pənahov qeyd edib ki, 100 faiz nəticələr görünmür. Bu da köçkünlərin məskunlaşdığı məntəqələrlə bağlıdır: "70-dən artıq rayonda köçkünlərimiz məskunlaşıb. Bir dairənin nəticələrini toplamaq üçün çoxlu sayda məntəqələrin protokolları yığılmalıdır. Amma telefonla əlaqə saxlanılır. 26 köçkün məntəqədən məlum səbəblərdən protokollar çatdırıla bilməyib".

M. Pənahov bildirib ki, İlham Əliyev böyük fərqlə liderdir:

"Yaxın günlərdə Mərkəzi Seçki Komissiyası rəsmi qərar çıxaracaq. Rəsmi nəticələr isə təsdiq olunması üçün 10 gün müddətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndəriləcək.

O, 125 dairənin yaxın iki gün ərzində protokollarının toplanacağını və ümumiləşdirilmiş rəqəmlərin cədvəl şəklində açıqlanacağını da qeyd edib.

M. Pənahov prezident İlham Əliyevi seçkidə lider olması ilə bağlı təmsil etdiyi qurum adından təbrik edib.

AzNews.az