Baş nazir qaçırıldı

10 Oktyabr 2013 10:33 (UTC+04:00)

Liviyanın baş naziri Əli Zeydan silahlı şəxslər tərəfindən qaçırılıb. Türkiyə mətbuatının məlumatına görə, baş nazir paytaxtda qaldığı "Corinthia" otelindən qaçırılıb.

Hadisənin təfərrüatları hələlik bəlli deyil. Baş nazirin qaçırıldığı anın fotoşəkilləri Facebook-da yayınlanıb.

Baş naziri qaçıranların Müəmmar Qəddafini devirən keçmiş üsyançılar olduğu güman edilir.

Elnur
AzNews.az