Azərbaycandakı seçkilər “Euronews”da

10 Oktyabr 2013 11:02 (UTC+04:00)
Dünyaca məşhur "Euronews" kanalı Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkiləri ilə bağlı xəbər hazırlayıb. Xəbərdə bildirilir ki, seçkidən öncə Amerika sosioloji sorğu mərkəzləri Prezident seçkilərində İlham Əliyevin 86 faizdən çox səs toplayacağı proqnozlaşdırmışdı.

"İlham Əliyevin dünən qazandığı qələbə və topladığı səslər bu proqnozlara uyğun idi" deyə xəbərdə bildirilib.

Qeyd edək ki, dünən keçirilən seçkilərlə bağlı MSK hələlik tam nəticəni açıqlamayıb. İlkin nəticələrə görə isə, İlham Əliyev rəqiblərini 84,59 faizlə üstələyib.


Elnur
AzNews.az