Partiya sədrindən İlham Əliyevə məktub

10 Oktyabr 2013 12:54 (UTC+04:00)
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Azərbaycan Respublikasının prezidenti İham Əliyevə təbrik məktubu göndərib.

AzNews.az həmin məktubu təqdim edir: "Sizi 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası prezidenti seçkilərində inamlı qələbə qazanmağınız və yenidən prezident seçilməyiniz münasibətilə təbrik edirəm!

Ümidvaram ki, Siz seçicilərin Sizə göstərdiyi bu yüksək etimadı doğruldacaq, qarşıdakı beş il ərzində də ölkəmizə və xalqımıza xidmət göstərməkdə davam edəcəksiniz. Sizə bu şərəfli missiyanın həyata keçirilməsi yolunda uğurlar arzulayıram!"

AzNews.az