Mətanət Əsədova: "Mənim elə bacım yoxdur"- Yenilənib

10 Oktyabr 2013 16:41 (UTC+04:00)
Müğənni Mətanət Əsədova AzNews.az açıqlamasında yayılan xəbərləri təkzib etdi. O, bildirdi ki, onun Nurlanə Əsədova adlı bacısı yoxdur. "Bu haqda danışmaq istəmirəm".

Bahar
AzNews.az



***
18:34
Oktyabrın 9-dan 10-na keçən gecə Kürdəxanı istintaq təcridxanasında bu günlərdə Abşeron rayonunda saxlanılmış 35 yaşlı Bakı sakini Nurlanə Əsədova intihar edib.

Vesti.Az-ın məlumatına görə, Abşeron rayon Polis İdarəsindən Əsədovanın bu gün səhər asılmış vəziyyətdə aşkarlandığını bildiriblər.

Xatırladaq ki, bir həftə əvvəl Əsədova 43 yaşlı həyat yoldaşı ilə birgə saxlanılmışdı. Onlar sentyabrın 29-da Xırdalan şəhərində aptek işçilərinə qarşı quldurluqda ittiham olunurdular.

Ər və arvad bıçaqla hədələyərək, Aynur Abdullayeva və Sevinc Zeynalovaya hücum çəkmişdilər. Əvvəlcə cinayətkarlar aptek işçilərindən tərkibində narkotik olan dərman preparatları istəsələr də, qızlar belə dərmanların olmadığını bildiriblər və bu zaman onlardan pul tələb olunub. Beləliklə, cinayətkarlar 950 manat pul oğurlayıblar.

İlkin araşdırma zamanı məlum olub ki, ər və arvad cinayəti törədən zaman "lomka" vəziyyətində olublar. Güman olunur ki, Əsədova özünü elə buna görə öldürüb.

Dindirmə zamanı Əsədova Göyçay rayonundan olan müğənni Mətanət Əsədovanın bacısı olduğunu bildirib.

Məlumata görə, Nurlanə Əsədovanın qohumlarına təhvil veriləcək 11 yaşlı oğlu qalıb.

Faktla bağlı araşdırma davam edir./oxu.az/

***
15:31
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, təcridxanada saxlanılan təqsirləndirilən şəxs Nurlana Əsədova özünü asaraq intihar edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N. Əsədova bir müddət əvvəl həbs edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Xırdalan şəhəri ərazisindəki aptekə gələn 2 naməlum şəxs orada satıcı işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı bıçaqla hədələyib oradan 950 manat aparıblar.

Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhəmmədəli Muradov və onun arvadı Nurlana Əsədova tutulublar.

AzNews.az