Hacıları daşıyan avtobus aşdı: 20 ölü

10 Oktyabr 2013 13:38 (UTC+04:00)
Hindistanın şimalında, paytaxt Yeni Dehlidən 380 kilometr uzaqlıqdakı Hoshiarpur şəhərində bədbəxt hadisə baş verib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hacıları daşıyan avtobus keçiddən diyirlənməsi nəticəsində 20 nəfərin ölüb, 35-i isə yaralanıb.

Aidiyyəti qurumların yaydığı açıqlamada bildirir ki, hadisə sürücünün idarəni itirməsi nəticəsində baş verib.

Elman
AzNews.az