Daha bir dövlət başçısı İlham Əliyevi təbrik etdi

10 Oktyabr 2013 13:45 (UTC+04:00)
Oktyabrın 10-da Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Qazaxıstan Prezidenti dövlətimizin başçısını prezident seçkilərində qazandığı böyük qələbə münasibətilə təbrik etmiş, ölkəmizin gələcək inkişafı naminə Prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirib.

AzNews.az