ATƏT-in tədbirində dava- Foto

10 Oktyabr 2013 14:29 (UTC+04:00)
ATƏT təmsilçiləri isə mətbuat konfransını yarımçıq saxlayaraq gediblər


ATƏT-in Mətbuat konfransında dava düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən tədbirdə iştirak edən jurnalistlər məlumat yayıb.

Onlar bildiriblər ki, tədbiri izləməyə gələn bəzi yerli jurnalistlər və təşkilarlar ATƏT-in dünən Azərbaycanda keçirilən seçki ilə bağlı bəyanatına etiraz ediblər. Onlar bu faktların saxta olduğunu bildiriblər.

ATƏT təmsilçiləri isə mətbuat konfransını yarımçıq saxlayaraq gediblər.

Artıq mübahisə edən jurnalistlərin adları da açıqlanıb. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və "Yeni Azərbaycan"ın baş redaktoru Hikmət Babaoğlu olub.

AzNews.az