Nazirlik yeni “Şahmat“ dərslikləri çap etdi

10 Oktyabr 2013 14:37 (UTC+04:00)
Təhsil Nazirliyi II, III və IV siniflər üçün "Şahmat" dərslikləri çap edib.

AzNews.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, 2013-2014-cü tədris ilinə ümumi təhsil məktəblərinin II, IV, VIII, IX və X sinifləri üçün 73 adda 2 042 800 nüsxə, V, VI siniflər üçün isə kurikulum əsasında 68 adda 1 971 600 nüsxə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanaraq çap olunub.

Bundan əlavə, respublikanın pilot ümumi təhsil məktəblərinin II, III və IV sinifləri üçün 31 134 nüsxə "Şahmat" dərslikləri hazırlanıb.
Çap edilmiş həmin dərslik və müəllim üçün metodik vəsaitlər respublikanın ümumi təhsil müəssisələrinə çatdırılıb.

AzNews.az