Pakistanda partlayış: 5 ölü, 20 yaralı
10 Oktyabr 2013 15:40 (UTC+04:00)
Pakistanın Lahor şəhərindəki Purana Anarkali bazarında partlayış törədilib.
AzNews.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış zamanı 5 nəfər ölüb və 20-si isə yaralanıb. Yaralananlardan 8 nəfərin vəziyyətinin ağır olduğu bildirilib. Ölənlərin sayının artması istisna edilmir.
Qeyd edək ki, həmin yerdə bu ilin iyul ayında da belə bir partlayış baş vermişdi. Bu zaman isə 4 ölü, 40 yaralı olmuşdu.
Elcan Məmmədov
AzNews.az