Həyat yoldaşına əkiz uşaq hədiyyə etdi, özü isə öldü- Bakıda

10 Oktyabr 2013 15:59 (UTC+04:00)



Qadın üçün ana hissi ona həmişə uğur və sevinc bəxş etmir. Bütün qadağalara baxmayaraq, ana olmaq istəyi bəzən inasanın həyatını yarıda da kəsir.

Bakı şəhərində iki gün əvvəl gənc qadın ailəsi üçün ən əziz gündə faciə yaşatdı. Toyunun ilk ildönümü günü əkiz uşaq dünyaya gətirdi, ancaq özü ana hisslərini yaşaya bilmədi. Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin vergi müfəttişi işləyən 33 yaşlı Vüsalə Əmirullayeva doğuş zamanı dünyasını dəyişib.

Doğuş Leyla Şıxlinskaya Klinikasında baş tutub. V.Əmirullayeva əkiz uşaq dünyaya gətirsə də, dünyasını dəyişib. Klinikadan faktı təsdiqləsələr də, ətraflı məlumat verilmədi və mərhumun ailəsi ilə əlaqə saxlamaq məsləhət görülüb.

Məsələ ilə bağlı V.Əmirullayevanın işlədiyi departamentdən Bildirilib ki, ona uşaq dünyaya gətirmək olmazmış. Başında problemləri olan V.Əmirullayeva bir dəfə beynindən əməliyyat olunubmuş. (milli.az)


AzNews.az