Emin Ağalarovun restoranı yandı – Video

10 Oktyabr 2013 16:13 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada bir neçə yanğınsöndürən maşın Rose Bar restoranının dam örtüyündə baş vermiş yanğın barədə siqnalla hərəkətə keçiblər.

İlkin məlumata görə yanğına binanın damında ağac örtüyün alışması səbəb olub.

"Yanğının sahəsi bir neçə kvadrat metr təşkil edir. Açıq yanma müşahidə olunmur, lakin közərən materiallardan güclü tüstü çıxır" – deyə, yanğınsöndürənlər bildiriblər.

Rusiya FHN-nin Moskva üzrə mətbuat xidmətindən faktı təsdiqləyiblər.

"Restorana bitişik tikili yanıb, alışma yeri dam örtüyündə olub. Zərərçəkmiş yoxdur, təxliyyə aparılmayıb. Yanğın yerli vaxtla saat 11:50-də söndürülüb" – deyə, FHN-nin Moskva üzrə Baş idarəsinin növbətçi zabiti Sergey Vlasov bildirib.

Qeyd edək ki, adı çəkilən Rose Bar restoranı məşhur azərbaycanlı müğənni Emin Ağalarova məxsusdur.(oxu.az)



AzNews.az