Roma papasından Yaxın Şərqə dua

10 Oktyabr 2013 16:38 (UTC+04:00)
Roma papası Francius ona inananları İsanın anadan olduğu torpaqlar olan Yaxın Şərqdə sülhün bərqərar olması üçün dua etməyə çağırıb:

"Sizi sülhün şahzadəsi Həzrəti İsanın doğulduğu torpaqlar olan Orta şərqdə Suriyada, İraqda, Misirdə, Livanda və müqəddəs torpaqlarda sülh üçün dua etməyə çağırıram".

AzNews.az saytı Türkiyə mətbuatına istinadən məlumat verib ki, katoliklərin liderinin çıxış etdiyi "Aziz Pietro meydanı"na 60 min nəfər xristian toplanıb.

Elcan Məmmədov
AzNews.az