Nobel mükafatı almasından xəbərsiz yazıçı

10 Oktyabr 2013 17:05 (UTC+04:00)
Bu gün 110-cu Nobel Ədəbiyyat mükafatının qalibi elan edilən kanadalı yazıçı Alice Munro qalib olmasından xəbərsizdir.

Saat fərqinə görə İsveç Kral Akademiyası yazıçı ilə əlaqə saxlaya bilməyib və yazıçının telefonuna mesaj göndərilib. Kulis.Az-ın Türkiyənin "Radikal" qəzetinin saytına istinadən verdiyi xəbərdə belə deyilir.

Alice Munro Nobel Ədəbiyyat mükafatını qazanan sayca 13-cü xanım yazıçıdır.

AzNews.az