Azərbaycanda ilk dəfə “İşıqlı həyat” layihəsi

10 Oktyabr 2013 17:36 (UTC+04:00)
AzNews.az AzərTac-a istinadən bildirir ki, Azərbaycanda ilk dəfə reallaşdırılan "İşıqlı həyat" layihəsi çərçivəsində Bakının Sabunçu və Suraxanı rayonlarındakı orta məktəblərdə tədbirlər keçirilmişdir.
Layihə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən "Qaranlıqda görün" şüarı altında həyata keçirilir.
ATGTİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "İşıqlı həyat" sosial layihəsinin əsas məqsədi - Azərbaycan əhalisinin, xüsusən yeniyetmə və gənclərin gecə saatlarında yol təhlükəsizliyini təmin etmək, ölkəmizdə yol-nəqliyyat hadisələri zamanı baş verə biləcək ölüm faktlarının qarşısını almaqdır.
Tədbirlərdə layihə çərçivəsində təqdimatlar keçirilmiş, şagirdlərin sualları cavablandırılmış və onlara xüsusi hazırlanmış işıqqaytarıcılar paylanılmışdır.

AzNews.az