Litva prezidenti İlham Əliyevi təbrik etdı

10 Oktyabr 2013 19:52 (UTC+04:00)
Litva prezidenti İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. APA-nın məlumatına görə, təbrik məktubunda Dalya Qribauskayte Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında Litva və digər Avropa İttifaqı ölkələri ilə əməkdaşlığın güclənməsinə sadiq qalacağına ümidvar olduğunu bildirib. Litva prezidenti qedib ki, təhlükəsizlik, sülh və rifahla bağlı ümumi maraqlar yalnız birgə səylərlə həyata keçirə bilər.

Dalya Qribauskayte təbrik məktubunda Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələrinin dövlət başçıları ilə siyasi, iqtisadi və sosial əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün İlham Əliyevi noyabrın sonunda Vilnüsə dəvət edib.

Qeyd edək ki, Litva cari ilin iyul ayından Avropa İttifaqı Şurasına başçılıq edir.


AzNews.az