Konqresmen İlham Əliyevi təbrik etdi

10 Oktyabr 2013 20:34 (UTC+04:00)
Nyu- Meksiko ştatından Mişel Lujan Qrişam İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib.

AzNews.az-ın "AzərTac"-a istinadən verdiyi məlumata görə, təbrikdə deyilib: " Hörmətli Prezident Əliyev,
Vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ olan seçkilər münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.
Demokratik prosesin vacib hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim təklif edir.
Amerika Birləşmiş Ştatları və Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlığa malikdir. Ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, qlobal miqyasda tolerantlığın və çiçəklənmənin təbliği üçün birlikdə işləyirlər. Mən bir amerikalı kimi Azərbaycanın ABŞ ilə təhlükəsizlik və iqtisadi sahələrdə uzunmüddətli tərəfdaşlığını çox yüksək qiymətləndirirəm.
Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimiz Trans-Adriatik boru kəməri layihəsinin (TAP) "Cənub" qaz dəhlizinin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərardan faydalanmaqdadır. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu mühüm enerji layihəsində Azərbaycanın liderliyini qiymətləndirir.
Növbəti prezidentliyiniz müddətində ölkələrimizin regional sabitlik, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və demokratik dəyərlərlə bağlı maraqlarının təminində əməkdaşlığının davam edəcəyinə və möhkəmlənəcəyinə ümid edirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında Azərbaycan və ABŞ daha güclü tərəfdaşlar olacaqlar.
Prezident Əliyev, ölkənizi irəliyə apardığınız üçün Sizə və xalqınıza Azərbaycanın bir dostu kimi uğurlar arzulayıram".

AzNews.az