Senator İlham Əliyevi təbrik etdi

10 Oktyabr 2013 20:40 (UTC+04:00)
ABŞ senatoru Rocer Viker İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib.
AzNews.az-ın "AzərTac"-a istinadən məlumatına görə, təbrik də deyilib: "Hörmətli Prezident Əliyev,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırıram.
Ötən iki onillikdə Amerika Birləşmiş Ştatları və Azərbaycan strateji və dinamik tərəfdaşlıq qurmuşlar. Biz bir çox ümumi məqsəd və maraqları bölüşürük. Bunların ən vaciblərindən biri qlobal və regional təhlükəsizliyin təminidir.
ABŞ və Azərbaycan qoşunları birlikdə Əfqanıstanda, İraqda və Kosovoda birlikdə xidmət etmişlər. Biz terrorizmə qarşı mübarizədə və kütləvi qırğın silahlarının yayılmamasında tərəfdaşıq. Bundan başqa, Sizin ölkəniz ABŞ və NATO-nun Əfqanıstandakı əməliyyatlarında etibarlı təchizat marşrutu kimi çıxış edir.
Biz yeni və çox vacib qlobal çağırışlarla üzləşdiyimizdən ABŞ-ın bəxti gətirmişdir ki, Xəzər dənizi regionunda Azərbaycan kimi sabit müttəfiqi vardır. Gələcək illərdə ortaq maraqlarımızın daha da artacağına ümid edirəm.
Cənab Prezident, ölkənizi irəliyə apardığınız üçün Sizə və xalqınıza Azərbaycanın bir dostu kimi uğurlar arzulayıram".

AzNews.az