Dünyanı ən çox narahat edən problemlər- Araşdırma

10 Oktyabr 2013 21:34 (UTC+04:00)

Aparılan araşdırmaya görə, dünya əhalisinin 44 faizi
qarşıdakı 3 ildə terror hücumlarının artmasını, 52 faizi qlobal istiləşmənin artmasını gözləyir.
Barem Research ilə WIN / Gallup International təşkilatları birlikdə 46 ölkədən 40 min 275 nəfər ilə üz-üzə, telefonla və ya internet üzərindən danışaraq, insanların ən çox narahat edən problemlərini araşdırıb. Araşdırma 12 avqust-13 sentyabr tarixləri arasında reallaşıb. İştirakçılardan terror hücumları, qlobal istiləşmə və ətrafda baş verən fəlakətlər, Ərəb ölkələrindəki narahatlıq, İsrail - Fələstin problemi, qlobal iqtisadi böhran, nüvə silahların çoxalması, qida və su qıtlığı kimi artma ehtimalı olan qlobal problemlərdən hansılarının qarşıdakı 3 il ərzində artma ehtimalı olduğunu düşündükləri və bu hadisələrdən hansının özləri üçün daha qorxulu olduğu soruşulub. Rəyi alınan şəxslərin 52 faizi qlobal istiləşmənin, yüzdə 44 faizi isə terror hadisələrinin artmasını gözləyir.
Təəccüblü digər bir nəticə isə Ərəb ölkələrindəki iç döyüşlərlə bağlıdır. Buna görə dünya əhalisinin yüzdə 43 faizi qarşıdakı 3 il ərzində Ərəb ölkələrində vətəndaş müharibəsi və narahatlıqların artacağını düşünür. Dünya əhalisinin 41 daizi qida qıtlığı yaşanmasını, bir başqa seqmentin yüzdə 41 faizi isə qlobal iqtisadi böhranın artmasını gözləyir.
Elman
Aznews.az