ABŞ Konqresinin üzvü Gin Qrinin təbrik məktubu

10 Oktyabr 2013 21:45 (UTC+04:00)
ABŞ Konqresinin üzvü Gin Qrin İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib.

AzNews.az-ın "AzərTac"-a istinadən verdiyi məlumatına görə, təbrikdə deyilib: "Hörmətli cənab Prezident, oktyabrın 9-da yenidən prezident seçilməyiniz Sizin Azərbaycan xalqına bəxş etdiyiniz sabitlik, sülh və çiçəklənmənin təsdiqidir.

Texas ştatının 29-cu seçki dairəsi adından davamlı rəhbərliyiniz üçün Sizə təşəkkürümü bildirir və Xəzər regionu və qərbi Asiyada sülh və çiçəklənmənin inkişafında Azərbaycanın verdiyi töhfələri qəbul edirik.

Dünyanın enerji paytaxtından seçilmiş nümayəndə kimi xüsusilə regionlarımız arasındakı iqtisadi əlaqələrin inkişafında və xalqlarımızın sülh və çiçəklənməsi üçün gələcəkdə də sizin hökumətinizlə çalışmaqda maraqlıyam.

Gənc demokratik ölkə kimi Azərbaycanın bundan sonra da demokratik islahatlar həyata keçirməyə davam edəcəyinə və insan hüquqlarının müdafiəsini artıracağına ümidvaram. Güclü yerli müəssisələr sübut etmişlər ki, Xəzər bölgəsinin parlaq ulduzlarından biri kimi iqtisadi inkişafa və sabitliyə təkan vermək üçün Azərbaycan bu vacib məsələlərdə müsəlman dünyasının aparıcı səsinə çevrilmək imkanına malikdir.

Sonda Azərbaycan xalqına Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mühüm üzvü kimi Əfqanıstanda göstərdiyi dəstəyə və verdiyi qurbanlara və bütün dünyada beynəlxalq terrorizmlə mübarizədə göstərdiyi davamlı yardıma görə təşəkkür etmək istərdim".

AzNews.az