Bakıda 5 maşın toqquşdu: yaralılar var- Özəl

10 Oktyabr 2013 22:22 (UTC+04:00)
Bir neçə dəqiqə əvvəl Binəqədi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, Azadlıq prospektində baş verən qəzada biri qadın olmaqla 3 nəfər ağır yaralanıb. Hadisə 90 RH 424 nömrə nişanlı "Mercedess" markalı avtomobilin yüksək sürətlə qarşısındakı 99 DJ 043 nömrəli başqa bir "Mercedess"ə çırpılması ilə baş verib. Nəticədə ikinci avtomobil də qarşısındakı 10 HB 510 nömrə nişanlı "VAZ-21-06" markalı avtomobilə çırplıb. "06" da öndə hərəkət edən 90 XX 695 nömrəli "Meraedess"i əzib. "Zəncirin" sonuncu "həlqəsi" isə 10 KD 899 nömrəli "VAZ 21-099" markalı avtomobil olub. Hadisə nəticəsində yol bağlanıb, əraziyə YPX əməkdaşları gəlib.

Azər
AzNews.az