Həbsxanasında iğtişaş: 13 məhbus öldü

11 Oktyabr 2013 07:31 (UTC+04:00)
Braziliyanın şimal-şərqindəki Maranyan ştatında yerləşən həbsxanada baş vermiş iğtişaşlar zamanı azı 13 məhbus ölüb, 30-dan çoxu isə xəsarət alıb. APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, iğtişaşlar ötən gün axşam saatlarında, məhbusların qaçmaq üçün qazdıqları gizli tunelin nəzarətçilər tərəfindən aşkarlanmasından sonra başlayıb.

Bundan başqa, insidentdən istifadə edən məhbus qruplaşmaları arasında toqquşmalar baş verib.

Həbsxanada vəziyyət artıq tam nəzarətə götürülüb.


AzNews.az