Beynəlxalq Avtovağzalda oğurluq

11 Oktyabr 2013 09:12 (UTC+04:00)
Polis Bakı Beynəlxalq Avtovağzalında oğurluqda şübhəli bilinən şəxsi tutub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzalında, "Temsa" markalı avtobusda Astara rayon sakini Şəhriyar Bayramzadəyə məxsus noutbuk oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri operativ əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Məmmədov tutulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi araşdırma aparılır.

AzNews.az