Kitabxana müdiri ərini bıçaqladı- Göyçayda

11 Oktyabr 2013 09:17 (UTC+04:00)
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Göyçay rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 10 radələrində Məlikkənd kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanova Asudə Arif qızı həyat yoldaşı, 1970-ci il təvəllüdlü Səlimov Ceyhun Məmmədyar oğlunu bıçaqlayıb.

Qadın həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Təcili yardım maşını ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən C. Səlimovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

İki uşaq anası olan A. Süleymanova kənd orta məktəbinin kitabxana müdiridir.

C. Səlimovun Mingəçevir Psixiatriya Dispanserində qeydiyyatda olduğu bildirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.


AzNews.az