İran prezidentindən İlham Əliyevə təbrik məktubu

11 Oktyabr 2013 09:33 (UTC+04:00)
İran prezidenti Həsən Ruhani İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edib.


İranın Azərbaycandakı səfirliyindən AzNews.az-a verilən məlumata görə, H.Ruhani İlham Əliyevə seçkilərdə qalib gəlməsi münasibətilə səmimi təbriklərini çatdırıb. İran prezidenti məktubunda İranla Azərbaycan arasında mövcud olan xoş münasibətlərin, əməkdaşlığın bundan sonra da qarşılıqlı hörmət və xalqların mənafeləri çərçivəsində inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Elnarə
AzNews.az