Bakıda polisin gözü qarşısında avtoqəza

11 Oktyabr 2013 09:46 (UTC+04:00)
Bakıda polisin saxla əmrinə məhəl qoymayan sürücü ağır qəza törədib.

Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində nəzarət kameraları tərəfindən qeydə alınmış kadrlardan görünür ki, yolun açıq olmasına baxmayaraq, yol polisi digər tərəfdə yaranmış tıxacı aradan qaldırmaq məqsədilə Səməd Vurğun küçəsi ilə hərəkət edən avtomobilləri saxlamağa çalışır.

Bu zaman iki avtomobil - "cip" və "VAZ" markalı minik avtomobili polisin işarəsinə məhəl qoymadan irəliyə doğru hərəkət edirlər. Bu vaxt Bakıxanov küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil işıqforun qırmızı işığında keçərək "cip"lə toqquşur. Nəticədə zərbənin təsirindən istiqamətini dəyişən "cip" işıqforun qırmızı işığında dayanmış minik avtomobilinə çırpılaraq dayanır. Toqquşma zərbəsindən deformasiyaya uğramış "Mercedes"in hissələri yola səpələnir və avtomobil qəfildən tüstülənir. Bu zaman "Mercedes"in qapısı açılır və sürücü huşsuz halda yerə sərilir.

Hadisə zamanı yaxınlıqda olan yol polisləri və mülki vətəndaşlar qəzada xəsarət alanlara yardım etməyə tələsirlər. İnsanların və avtomobillərin hadisə yerinə toplaşmasından yolda böyük bir tıxac yaranır.(trend)

AzNews.az