Həştərxan məktəbindən İlham Əliyevə təbrik məktubu- Mətn (Fotolar)

11 Oktyabr 2013 10:06 (UTC+04:00)
Həştərxan şəhəri Heydər Əliyev adına orta ümumtəhsil məktəbinin kollektivi, eyni zamanda valideyn və şagirdləri İlham Əliyevə təbrik məktəbi göndərib.

Məktəbin direktoru T.E.Tixomirovanın imzası ilə göndərilən məktubda deyilir: "Azərbaycan Respublikasının prezidenti, zati-aliləri cənab İlham Əliyevə! Hörmətli cənab Prezident! Sizi Həştərxan şəhəri Heydər Əliyev adına orta ümumtəhsil məktəbinin kollektivi, eyni zamanda valideynləri və şagirdləri adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik. Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın və onun dost xalqının inkişafı və çiçəklənməsi davam etdiriləcək. Əmin olduğumuzu bildiririk ki, Sizin Azərbaycan Respublikası və Rusiya Federasiyası, eləcə də Həştərxan vilayəti arasında mövcud dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq əhəmiyyətli sosial layihələrin reallaşdırılması istiqamətində həyata keçirdiyiniz fəaliyyət bundan sonra da davam etdiriləcəkdir. Sizə möhkəm can sağlığı, bütün işlərinizdə uğurlar, yaradıcı enerjinizin tükənməzliyini arzu edirik".

Elnur
AzNews.az