Aparıcı Zaur Baxşəliyev: “O uşaq mənim deyil”

11 Oktyabr 2013 11:30 (UTC+04:00)
"Son günlər xəbər saytlarında övladım kimi təqdim olunan balaca qızcığazın mənə heç bir aidiyyatı yoxdur. O, mənim övladım deyil".

Bunu AzNews.az-a aparıcı Zaur Baxşəliyev deyib.

Onun sözlərinə görə, nə o, nə də həyat yoldaşı Günay xanım sosial şəbəkələrdə profili yoxdur: "Hər kimin balasıdırsa, Allah saxlasın. Mən övladımın fotoşəklini və videogörüntüsünü heç bir yerdə yayımlamamışam və belə bir fikrim də yoxdur. Nə mən, nə də Günay xanım heç bir sosial şəbəkədə yoxuq. Bu şəkli yayımlayan insanlardan xahiş edirəm ki, o körpəni mənim övladım kimi təqdim etməsinlər. Bu, həmin uşağın valideynlərinə təhqirdir. İstər ATV kanalında yayımlanan "Onlar" verilişi, istərsə də digər saytlar bu məsələni ən azından mənim özümdən dəqiqləşdirə bilərdilər. Çünki mənim bütün mətbuat orqanlarına hörmətim var. Və bu hörmətin qarşılıqlı olmasını arzulayıram. Mən öz övladım və ailəmlə heç vaxt gündəmdə olmamışam və belə bir fikrim də yoxdur. Başqasının körpəsini mənim övladım kimi təqdim etmək çox gülüncdür. Bir daha söyləyirəm ki, şəkli yayılan bu uşaq mənim deyil. Allah valideynlərinə çox görməsin. Amin!"

Qeyd edək ki, dünən xəbər saytlarında Dilavər adlı balaca qızcığazın fotosu yayımlanaraq məşhur aparcıların övladı kimi təqdim edilib.

Bahar Rüstəmli
AzNews.az