Elektrik şəbəkəsinin işçisini tok vurdu

11 Oktyabr 2013 12:44 (UTC+04:00)
Tovuz rayonunda elektrik şəbəkəsinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.


AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 10-da Tovuz rayonu Qandallar kəndinin ərazisində rayon elektrik şəbəkəsinin işçisi Rəhman Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə Rəhman Əliyevin elektrik transformatorunda təmir işləri apararkən baş verib.

Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az