Nazirlikdən ölən əsgərlə bağlı Rəsmi açıqlama

11 Oktyabr 2013 13:46 (UTC+04:00)
Daxili İşlər Nazirliyi ordu sıralarından yeni tərxis olunan və qəzada həlak olan 20 yaşlı əsgərlə bağlı məlumat yayıb.


AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, oktyabrın 10-da saat 13.55 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində Masallı rayon sakini Vüqar Yusibov idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən Şəmkir rayon sakini Elnur Məmmədrzayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

AzNews.az