Berluskoninin sevgilisi lezbiyan imiş

11 Oktyabr 2013 16:40 (UTC+04:00)
İtaliyada keçmiş baş nazir Silvio Berluskoninin şəxsi həyatı ilə bağlı yeni qalmaqal yaranıb.


Bolqar əsilli kinoaktrisa Mişel Bonev öz bloqunda bildirib ki, Berluskoninin 29 yaşlı sevgilisi Françeska Paskale lezbiyandır. "Mən öz ətrafımda sərvət düşkünü olan adamlar görürəm ki, milyonlarla oxucuya gülürlər və öz nikahlarından danışırlar. Françeska Paskale və Silvio Berluskoninin "sevgi hekayəsi" kimi. Bu ucuz tamaşadır, çünki Françeska lezbiyandır".

Aktrisa bildirib ki, Beluskonu bu sevgi hekayəsini ona görə uydurub ki, Françeskanın özü və rəfiqələri ilə əylənsin: "Berluskoni dəfələrlə Françeskanı öz villasından rədd etmək üçün mənə müraciət edib. Dediyinə görə, Françeska onu şantaj etməyə çalışırmış".

Yazdıqlarından sonra hədələri, hətta ölüm təhdidini belə istisna etməyən aktrisa əsas məqsədinin həqiqəti söyləmək olduğunu bildirib.

Elnur
AzNews.az