Rusiya Federasiya Şurasının sədri İlham Əliyevi təbrik etdi

11 Oktyabr 2013 15:12 (UTC+04:00)
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İlham Əliyevi yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.


V.Matviyenko bildirib ki, seçkilərdə inamlı qələbə Azərbaycan xalqının sabitliyi və çiçəklənməsi naminə İ.Əliyevin yorulmaz səmərəli fəaliyyətinin nəticəsidir: "Rusiya-Azərbaycan strateji əməkdaşlığının və ölkələrimizin xalqlarının dərin tarixi əlaqələrinə söykənən ikitərəfli dostluq münasibətlərinin daha da möhkəmlənməsinə Sizin verdiyiniz böyük töhfəni xüsusi məmnunluqla qeyd edirəm".

AzNews.az