“Azərenerji“yə məxsus transformatorda yanğın

11 Oktyabr 2013 20:48 (UTC+04:00)
Kürdəmir rayonunda transformator yanıb. AzNews.az-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 26 km aralıda yerləşən Şıxımlı kəndində baş verib.

Hadisə nəticəsində "Azərenerji" ASC-yə məxsus transformatorun yağı və sarğıları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

AzNews.az