Bəşər Əsəd 100 nəfəri edam etdi

12 Oktyabr 2013 13:26 (UTC+04:00)
Suriya prezidenti Bəşər Əsədə bağlı ordu birlikləri 100 nəfəri edam edib.

Bu barədə məlumatı "Azad Suriya Ordusu" rəsmiləri yayıb. Məlumatda "Hizbullah" və bəzi şiə qruplardan təşkil olunan "Əbül Fəzl əl Abbas" briqadasının dəstəklədiyi Əsəd qüvvələrinin Ziyabiyə qəsəbəsinə girməyə müvəffəq olduğu bildirilir. Qadın və uşaqların qəsəbəni tərk etmələrinin qarşısını alan Əsəd tərəfdarları əksəriyyəti mülki əhali olan 100 nəfəri də edam edib. Hərbçilər daha sonar bölgədə bəzi evləri də yandırıblar.(anspress)

AzNews.az