İtaliya sularında bədbəxt hadisə: 50 nəfər öldü

12 Oktyabr 2013 07:22 (UTC+04:00)
Siciliya boğazında 200 nəfərdən çox miqrantın yer aldığı qayıq çevrilib.

Zərərçəkənlərə yardım etmək üçün hadisə yerinə İtaliyanın iki hərbi gəmisi göndərilib.

İtaliya mətbuatının yazdığına görə, hadisə nəticəsində 50 nəfər ölüb.

Sağ qalanların xilas edilməsi üçün isə əməliyyat aparılır. Hələlik 150 nəfəri xilas etmək mümkün olub.(apa)

AzNews.az