Cəlilabad sakini həmyerlisini öldürdü

12 Oktyabr 2013 08:17 (UTC+04:00)
Azərbaycanın Cəlilabad rayonunda qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Göytəpə şəhərində qeydə alınıb.

Şəhər sakini, 1974-cü il təvəllüdlü Pərviz Mirzəağa oğlu Bayramov münaqişə zəminində həmyerlisi, 1976-cı il təvəllüdlü Nizam Rail oğlu Diniyevi bıçaqlayaraq öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


AzNews.az