Müsavatın qərargahı sökülür? - Açıqlama

12 Oktyabr 2013 09:20 (UTC+04:00)

Müsavat Partiyasının qərargahının sökülməsi ilə bağlı problem yaranıb. Məlumata görə, guya yaxın zamanlarda Müsavat Partiyasının yerləşdiyi bina söküləcək.

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı AzNews.az-a açıqlamasında partiyanın qərargahının yerləşdiyi binanın sökülməsi ilə bağlı yayılan məlumatın şayiə olduğunu bildirib: "Partiyamızın qərargahının sökülməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bunlar boş-boş söhbətlərdir. Belə bir şey yoxdur".

Bahar
AzNews.az