İnsanlara öpüş nəyə görə lazımdır?

12 Oktyabr 2013 14:25 (UTC+04:00)
Öpüş partnyorların genetik xarakteristikalarını öyrənmək və əlaqələrin möhkəmlənməsi üçün vacibdir. Oksford Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində belə bir qənaətə gəliblər.

Tədqiqatın müəlliflərindən Rafael Vlodarski deyir ki, öpüşün intim münasibətlərdəki rolunu izah edən üç əsas nəzəriyyə var.

"Bunlardan birincisi odur ki, öpüş vasitəsi ilə insan potensial nikah partnyorunun genetik materialını öyrənə bilər. Öpüşün digər rolu isə ehtirası artırmaqdır. Üçüncüsü isə öpüşün münasibətləri qoruyub saxlamasıdır. Biz nəzəriyyələrdən hansının həqiqətə uyğun olduğunu öyənməyə çalışdıq", - o əlavə edib.

Tədqiqat zamanı 18-65 yaş arası 900 nəfərin (308 kişi, 594 qadın) rəyi soruşulub.(milli.az)


AzNews.az