“Gangnam style” “Ginnesin rekordlar kitabı”na düşdü - SİYAHI

12 Oktyabr 2013 11:18 (UTC+04:00)
AzNews.az xarici mətbuata istinadən "Ginnesin rekordlar kitabı 2013"-ün siyahısına düşən rekordlardan bəzilərini təqdim edir:


1. Dünyanın ən kiçik qadını - Hindistanda yaşayan 18 yaşlı Djioti Amqayadur. Onun boyu cəmi 62.8 sm-dir. Ən kiçik kişisi isə Nepaldan olan 72 yaşlı Çandra Baxadur Danq-dır. Onun boyu cəmi 54.6 sm-dir.

2. Dünyanın ən hündür şəlaləsi - Venesuelada The Salto Angeldir.
Bu şəlalənin uzunluğu 979 metrdir.

3. Dünyanın ən dərin hovuzu - Belçikada Nemo hovuzudur. Dərinliyi 33 metrdir.

4. Ən geniş bataqlıq - Braziliyada Boliviya və Paraguayın arasında yerləşən Pantanal bataqlığı 150.000 km ərazini əhatə edir.

5. Dünyanın ən hündür asma körpüsü - Çində yerləşən Si Du körpüsü 473 metr uzunluğundadır.

6. Amazon çayı - 6400 km uzunluğundadır. Dünyanın ən üzün çayı olan Nil isə 6.695 km uzunluğundadır.

7. Ən uzunömürlü kərtəkənli - Grand Cayman mavi iguana adlanır. Onun 15 ildən çox yaşadığı qeyd olunur.

8. Dünyanın ən alçaq avtomobili - Yerdən təxminən 45.2 sm hündürlüyündə olan maşın Mirai adlanır.

9. Ən ağır çəkili idmançı- Londonlu Şarran Aleksandrdır. Sumoyla məşğul olan bu idmançının çəkisi 203.21 kqdır.

10. Dünyanın ən hündür iti- ABŞ-da "Zevs" adlandırılan bu nəhəng iti hündürlüyü 1.12 mdir.

11. Ən uzun ilan - Medusa ilanı 7.67 metr uzunluğundadır.

12. Youtube-də ən çox bəyənilən video - "Gangnam style"dir. Koreyalı müğənninin videosu 2.141.758 dəfə bəyənilib.

13. Hazırda həyatda olan ən uzun adam - Sultan Kösedir. 10 dekabr 1982-ci ildə Türkiyədə anadan olub. Onun boyu 2 m 52 sm-dir.

14. Dünyanın yaşayan ən yaşlı insanı - Besse Cooperdir. ABŞ-da yaşayn bu qadın 116 yaşını avqustun 26-da qeyd edib.

15. Ən ağır velosiped - Hollandiyalı Van Der Boşem-in düzəltdiyi bu velosiped 750 kiloqram ağırlığındadır.

Qeyd edək ki, "Ginnesin rekordlar kitabı"nın ilk nəşri 1955-ci ildə çap olunub. Kitab 23 dilə, dünyanın 100-dən çox ölkəsində nəşr edilir.



Xəyalə Məmmədova
AzNews.az