Axtarışda olan şəxs həbs edildi

12 Oktyabr 2013 11:38 (UTC+04:00)
Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda həbs edilib.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Perm diyarı Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Şəhriyar Əhmədov tutulub.

AzNews.az