Nazirlikdən yanğınla bağlı rəsmi məlumat

12 Oktyabr 2013 11:55 (UTC+04:00)
Qaradağ rayonunda mənzildə baş verən yanğın nəticəsində bir azyaşlı uşaq ölüb, digəri tüstüdən zəhərlənib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 11-də saat 13.00 radələrində Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan Pərviz Baxşəliyevə məxsus mənzildə yanğın baş verib.

Nəticədə bütövlükdə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, tüstüdən zəhərlənmış iki azyaşlı uşaq - Nərğiz və Murad xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, balaca Nərgizin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.
Hazırda yanğının baş verməsinin səbəbləri araşdırılır.

AzNews.az