18 yaşlı qızı zorladı, sonra satdı

12 Oktyabr 2013 15:59 (UTC+04:00)
Türkiyənin Samsun vilayətində baş vermiş dəhşətli cinayətin üstü açılıb.

2007-ci ildə 18 yaşlı qızı zorlandıqdan sonra, şantaj edilərək fahişəliyə cəlb edən şəxslər tutulub.

Belə ki, 18 yaşlı D.Ş-nın 2007-ci ildə 30 yaşlı Sinan K. ilə telefonda tanış olub. Onunla münasibətləri daha da istiləşdirən Sinan K. qızı aldadaraq onu qaçırıb. D.Ş. evdən qaçaraq Samsuna gəlir. Ancaq sevgilisinin evli olduğunu öyrəndikdən sonra geri dönmək istəyib. Lakin Sinan K. qızı gecə zorlayır. Daha sonra qızın çılpaq fotolarını internetdə yerləşdirmək ilə təhdid edib. Sinan kirayə mənzil tutub, D.Ş.-ni orada yaşamağa məcbur edib. O, qadının pul qarşılığında kişilərlə cinsi əlaqəyə girməyə məcbur edib. Hətta onu ara-sıra döyüb.

Qız bir neçə dəfə evdən qaçmaq istəsə də, Sinanın evdə növbədə qoyduğu dostu Mehmet K. buna mane olub. Məsələnin üstü isə D.Ş. başına gələnləri cinsi yaxınlıq etdiyi adamlardan birinə danışdıqdan sonra açılıb. Həmin şəxs bu haqda polisə xəbər verib. Polis Sinan K. və dostu Mehmet K.-ni tutub.

Sinan K. verdiyi ifadəsində qızın yalan dediyini, onun özünün onların yanına gəlmək istədiyini və ona heç toxunmadığını, heç kimə də pul qarşılığında satmadığını deyib. Zərərçəkən qız isə "Evə dönmək istədiyimdə Sinan K. məni döydü. İçki içirdərək mənə təcavüz etdi. Sonra da məni kişlərə satmağa başladı. Qaçmaq istədiyimdə mənim kişilərlə olan çılpaq şəkillərimi atama göndərəcəyi ilə təhdid etdi", - deyib.

Məhkəmənin qərarı ilə 32 yaşlı Sinan K. və bu işdə ona yardımçı olan dostu Mehmet K. 5 il azadlıqdan məhrum edilib.(anspress)

AzNews.az