Boksçumuz növbəti mərhələyə adladı

2 Avqust 2012 12:13 (UTC+04:00)

XXX Yay Olimpiya Oyunlarında daha bir boksçumuz mübarizəyə qoşulub. APA-nın məlumatına görə, 91 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan Teymur Məmmədov 1/8 final mərhələsində Tapu Opetaya Cayla (Avstraliya) ilə qarşılaşıb. İlk iki raund heç-heçə bitib – 5:5 və 4:4. Üçüncü raunda 3:2 hesabı ilə üstünlük əldə edən Teymur Məmmədov görüşün qalibi olub.


AzNews.az