Ucarda yol qəzası baş verdi

12 Oktyabr 2013 18:33 (UTC+04:00)
Ucar rayonunda ağır xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Ucar-Zərdab yolunun Qəzyan kəndindən keçən hissəsində 99 DJ 061 dövlət nömrə nişanlı KİA markalı avtomobil yoldan çıxaraq aşıb. İlin məlumata görə, 1 nəfər xəsarət alıb. Yaralı Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Digər qəza hadisəsi isə Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində baş verib. Hadisə zamanı "Hyundai" markalı 90 HK 690, "VAZ 2106" markalı 10 GU 055, "Mercedes" markalı 99 PE 372 və "KamAz" markalı 01 BG 167 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Qəza hadisəsi zamanı hər 4 maşına ziyan dəyib və 2 nəfər aldığı xəsarətlə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.


AzNews.az