Nari tayfunu Filippini viran qoydu - VİDEO

12 Oktyabr 2013 18:46 (UTC+04:00)
Filippinin şimal bölgələri də yeni tayfunla üz-üzədir. Nari tayfunu saatda 150 kilometrədək çatan küləklə ölkənin Avrora əyalətinə yaxınlaşıb. Sahil bölgələrində yaşayan 2500-dən çox adam vaxtında evakuasiya olunduğundan heç bir insan itkisinin olmadığı bildirilir. Fəlakət bölgələrində elektrik enerjisi kəsilib. Əyalətdə bir çox yollar, körpülər zərər çəkib, çox sayda ağac yıxılıb. Meteoroloqların məlumatına görə, nari sahilə yaxınlaşdıqca sürətini azaldıb, məhz bu səbəbdən dəyən zərərin həcmi az olub.





AzNews.az