Qadınlar haqqında maraqlı məlumat

13 Oktyabr 2013 11:43 (UTC+04:00)
Əgər qadın sterss halındadırsa, onu bunu həm görmək, həm də qoxulmaq olar.

Lent.az-ın "medikforum.ru"-ya istinadən məlumatına görə, alimlər müəyyən edib ki, bu vəziyyətdə olan qadından analoqu olmayan özünəməxsus qoxu gəlir.

ABŞ alimləri sarsıntının təsiri altında qadın bədənində qoxu dəyişə bilir.


İnsan bədənində qoxunun sahəsində tanınmış mütəxəssis doktor Süzan Bile-Xulettin başçılığı altında bir qrup bu məsələni araşdırıb. Məlum olub ki, istidə və ya fizik işlər görərkən ayrılan tər qoxusu stress zamanı əmələ gələndən fərqlənir.

Alimlər 44 qadından 3 fərqli şəraitdə (isti havada, idman edəndə və stress halında) tər nümunələri götürüb, təhlil ediblər. Stressin aromatının o birilərindən fərqləndiyi aşkarlanıb. Kişilər sterss qoxusunu qadın tərləyən zaman ayrılan tər iyindən daha pis qarşılayır.

Alimlərin araşdırmasına əsasən, fiziki iş görəndə və isti havada tər vəziləri ekzokrin şirəsi, stress zamanı isə apokrin vəzisi ekzo şirəsi ifraz edir. Məhz bu şirə bakteriyalarla qarışaraq, xoşagəlməz qoxu yaradır.

AzNews.az