“Wikileaks“ın rəhbəri haqda film çəkilib - Video

13 Oktyabr 2013 17:27 (UTC+04:00)
Qalmaqallı "Wikileaks" saytının rəhbəri Culian Asanc haqqında film çəkilib. Filmdə Asancla bağlı bəzi gizli məqamların açıqlanması ajiotaja səbəb olub.

Film dünya kino prokatına bu il sentyabrın beşi verilib. Filmin MDB ölkələrində o cümlədən Azərbaycanda BLU-RAY və DVD disklərdə gələn il martın dördündən satışına başlanması proqnozlaşdırılır.

"Beşinci hakimiyyət" filmi Culian Asancın gizli yazışmalarının öz saytında necə dərc etmək fikrinə gəldiyi və Amerika hökümətinin buna necə reaksiya verdiyi nədən bəhs edir. Filmin əsas epizodlarında Asancın tərəfdarı olan Daniyel Damşayt-Berqlə gizli materialları nə vaxt və necə dərc edilməsi barəsində mübahisələri yer alıb.

Britaniyalı kino tənqidçisi Piter Bredşounun Asancın qalmaqallı materiallarının dərc edildiyi Guardian qəzetində yerləşdirilən məqaləsində deyilir ki, filmin maraqlı tərəfi "Wikileaks" qalamaqalında hələ də gizli məqamların qalmasına və qəhrəmanın sağ olmasına baxmayaraq onun haqqında filmin çəkilməsidir.

Səbəbkarın özü isə filmin çəkilməsinə qarşı çıxıb. O filmdə öz obrazının təkəbbürlü verildiyini hesab edib. Maraqlıdır ki, filmdə Assanc rolunu canlandıran Benedikt Kamberbetçə kömək üçün qəhrəmana müraciət edib, Assancc isə bunun əvzində aktyordan, rolundan imtina etməyi xahiş edib. "Beşinci hakimiyyət" filminin "Wikileaks" qalmaqalı qədər, tamaşaçılarda da maraq doğuracağı gözlənilir.





AzNews.az