Sabah hava necə olacaq

13 Oktyabr 2013 17:30 (UTC+04:00)
Həftənin ilk iş günü havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam tutqun olacağı gözlənilir.


"Qafqazinfo" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də dəyişkən buludlu, yağmursuz keçəcəyi, axşam havanın tutqun olacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti saniyədə 8-13 metr olacaq, küləyin sürəti arabir 15 m/s-dək güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 12-14, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 14-də əsasən yağmursuz, lakin 13-dən 14-nə keçən gecədən başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, küləyin sürəti arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 16-21 isti olacağı gözlənilir.


AzNews.az