Hərbi təyyarə qəzaya uğradı

13 Oktyabr 2013 18:05 (UTC+04:00)

Misir hərbi hava qüvvələrinə məxsus Miq - 21 qırıcı təyyarəsi, bu gün Luksor yaxınlığında qəzaya uğrayıb. AzNews.az Frans Press- ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, üc nəfər isə yaralanıb. Xəbərdə o da deyilir ki, hər iki pilot katapultasiya ediblər, onların vəziyyətləri barədə məlumat verilmir, hər uç yaralı və ölən isə kənd sakinləridirlər.
Hadisənin səbəbi hələ ki dəqiqləşdirilməyib, amma şahidlərin ifadələrinə görə təyyarə Luksora aeroportundan qalxandan az sonra yanmağa başlayıb. Hadisə yerində polislər və hərbi müstəntiqlər işləyirlər.
Misir silahlı qüvvələrində 2011 istehsallı, müxtəlif modifikasiyalı 42 Miq - 21 təyyarəsi var. Bu dəqiqə ölkə rəsmiləri sovet yığımlı olan köhnə modifikasiyalı maşınların daha müasir maşınlarla əvəzlənməsi yolları barədə düşünürlər.

AzNevs.az